Qlaukoma

Şəkildə normal gözün və gloukomalı gözün görmə dərəcəsi göstərilmişdir.

Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur.

40 yaşından yuxarı hər 40 nəfərdən birində qlaukomaya rast gəlinir. Xəstəliyin var olduğu 20 nəfərdən biri isə qlaukoma səbəbindən görmə qabiliyyətini itirir. Qlaukoma səbəbindən görmə qabiliyyətini itirən 7 milyondan çox insan vardır. Bu insanlar əsasən müalicə və müayinə imkanlarının məhdud olduğu Afrika qitəsində yerləşən ölkələrdə yaşamaqdadır. AfrikaAsiyada xəstəliyin geniş yayılmasının digər əsas səbəblərindən biri insanların normadan artıq günəş şualanmasına məruz qalmasıdır. Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur.

2010-cu ilə olan məlumata əsasən dünyada qlaukoma xəstələrinin sayı 44.7 milyon nəfərdir.[1] Bu xəstələrin 2.8 milyon nəfəri ABŞ-də yaşamaqdadır. Aparılan hesablamalara əsasən 2020-ci ildə 58.6 milyon şəxsdə qlaukoma xəstəliyinin olacağı proqnozlaşdırılır.

  1. Quigley, H A; Broman, AT. "The number of people with glaucoma worldwide in 2010 and 2020". British Journal of Ophthalmology. 90 (3). March 2006: 262–267. doi:10.1136/bjo.2005.081224. PMC 1856963. PMID 16488940.

Developed by StudentB